Gözəlim, tutma bərabər məni pərvanə ilə
Gözəlim, tutma bərabər məni pərvanə ilə;O əgər şəmə yanır, mən ruxi-cananə ilə.
Qorxuram, el düşüb ardınca ola heyranın,Ehtiyat ilə dağıt zülfün üzə şanə ilə.
Bundan artıq qəmi-hicranına tabım yoxdur,Ölərəm, bir də görəm gər səni biganə ilə.
Bu qədər göz görə zülfündə əsir olmazdım,Mümkün olsaydı bacarmaq dili-divanə ilə.
Mən durarkən, yenə el söhbəti-Məcnunə uyur,Nə zamandır, keçirir ömrünü əfsanə ilə.
Tövbə camın necə sındırmayım, insafım var?Dilbərim saqi olub, mey verə peymanə ilə.
Mən əgər badəni tərk eyləməsəydim, Vahid!Çürüyüb məhv olacaqdım rəhi-meyxanə ilə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-gozelim-tutma-beraber-meni-pervane-ile
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər kim məhəbbət əhlini salmış əziyyətə,Yox özgə qarğışım ona, düşsün məhəbbətə!
Töküb çin-çin siyəh zülfün nigarım məhcəmal üstə.Töküb çin-çin siyəh zülfün nigarım məhcəmal üstə.Sanırsan sayə salmış əbri-zülmətdir hilal üstə.
Salıbdır əbrtək zülfün o məh ruxsarinə sayəSalıbdır əbrtək zülfün o məh ruxsarinə sayə,Səbəb oldur ki, qaranlıq çökübdür səthi-dünyayə.
Sevgilim, əksin düşüb peymanədən-peymanəyəSevgilim, əksin düşüb peymanədən-peymanəyə,Artırıbdır zövqümü meyxanədən-meyxanəyə.
Стихи других поэтов · О любви
Ey ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Yarın ətəkləriDüşüncəli könlüm, yatmaz, dinlərdi,Gecələrin dərinləşən səslərin...
Ey əndəlib, səndə bu nə qanunduEy əndəlib, səndə bu nə qanundu –Fəğan çəkmək növbaharı görəndə?
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.