Salıbdır əbrtək zülfün o məh ruxsarinə sayə,Səbəb oldur ki, qaranlıq çökübdür səthi-dünyayə.

Gözəl, mən eyləmə hüsnün tamaşasından eşq əhlin,Təzə ay başı, adətdir, baxarlar kim, yeni ayə.

Dəhanın sirrini, ey qönçələb, hər kimsədən sordum,Dedi, hər nabələd olmaz bələd elmi-müəmmayə.

Göreydi gər səni Yusif bu hüsnü bu vəcahətdə,Saleydi, kafərəm, meylin əgər bir də Züleyxayə.

Gözün cadu ilə qılmış könüllər bənd zülfündə,Salıb divanəvar eşq əhlini, ey şux, səhrayə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви