Xalq arasında məni rüsva qılan bir yardır,Aləm içrə firqeyi-məhrulərə sərdardır.

Rəhm yox, insaf yox, hər gün cəfa tiğin çəkib,Daima qanlar tökən bir zalimi-xunxardır.

Yüz cəfa eylər, görüb hər yanda bir əhli-dili,Yoxdu bir kəsdən hərası, öylə kim qəddardır.

Çox çətindir əhli-üşşaqin səlamət olmağı,Hər qədər kim, ol pərizadə cahanda vardır.

Kimə, yarəb, eyləyim, bilməm, şikayət dərdimi,Büsbütün aləm əlindən ol pərinin zardır!

Bənd edibdir zülfünə könlüm quşunu ol sənəm,Guyiya, könlüm olur Mənsur, zülfü dardır.

Aşiqindən üzmə əl biganəvar, ey sərvi-qədd,Hər nə olsa, Vahidi-biçarə xoşrəftardır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви