Ləbinə bənzəməsəydi meyi meyxanələrin,Lalərəng olmaz idi çöhrəsi peymanələrin.

Olmasaydı əgər ol şəmi-cəmalın şövqü,Biri düşməzdi yaxın atəşə pərvanələrin.

Topla, zülfün kimi yığ dövrənə aşiqlərini,Qoyma qalsın belə öz başına divanələrin.

Əhli-eşqin bu qədər könlünü incitməz idi,Ruhu olsaydı bu zülf içrə gəzən şanələrin.

Səmti-meyxanəyə nifrətlə uzaqdan baxma,Gəl yaxından nəzər et zövqünə məstanələrin.

Aşiqin dərdinə bir az yenə meydəndir əlac,Yoxsa, kim səbr qılar cövrünə biganələrin?!

Vahid, heç olmasa, dərd yarıdır, aləmdə yenəBizə rəhm eyləsə mindən biri cananələrin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви