Ol deyil aşiq, mənimtək eşqdə rüsva deyil
Ol deyil aşiq, mənimtək eşqdə rüsva deyil,Ruzü şəb Məcnun olub sərgəşteyi-səhra deyil.
Zahidi-nadan nə bilsin qönçə ağzın sirrini,Sirri-həqqi bilməz ol kim, vaqifi-məna deyil.
Bəhs edər hər gün üzünlə gün, nə nisbət var sənə,Arizində nuri-həqq səntək onun peyda deyil.
Atəşi-ahim yetirmə göylərə, ey məh, saqın,Kim gəlir bir gün dəmi, təsir edər, bica deyil.
Eşq zövqün bilməyən kəs dövləti-dünya sevər,Ol ki, eşq istər həmişə, talibi-dünya deyil.
Payibənd etmiş məni zənciri-zülfə ol pəri,Mən kimi Məcnun əsiri, türreyi-Leyla deyil.
Vahidi bilmə vəfasız eşqdə, ey bivəfa,Olmayıbdır ol rəqibə aşina, ədna deyil.
Kitabxana.az · https://kitabxana.az/ru/works/vahid-ol-deyil-asiq-menimtek-esqde-rusva-deyil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dağıtma gül üzə zülfün ay üzrə halə kimi,Şərabdan bir əsər var ləbində lalə kimi.
Atəşi-hicrin edibdir məni divanə kimiAtəşi-hicrin edibdir məni divanə kimi,Olmuşam şəmi-cəmalın ilə pərvanə kimi.
Zahirin düz görünsə də, ammaZahirin düz görünsə də, ammaİçərin əyridir minarə kimi.
Yandım o şəmiruyünə pərvanələr kimiYandım o şəmiruyünə pərvanələr kimi,Oldum əsir zülfünə, divanələr kimi.