Haqq sənə vermiş, həbibim, eylə kim hüsnü cəmil,Kim yetər isbati-həqqə müshəfi-ruyin dəlil.

Necə başdan kakilin şövqün çıxardım, bilməzəm,Bəndəm ol zəncirə, müddətdir, məni-zarü zəlil.

Heyfdir kim, atma peykanın, yetər bir kəc nigah,Ey kəman əbru, məni gər görmək istərsən qətil.

Teşneyi-cami-zülali-vəslinəm, bir tiğləNola gər bir lütf edib, qanım töküb, qılsan səbil!

Yetmək olmaz zülməti-zülfünlə ləlin vəslinə,Olsa gər həqdən müqərrər Xızrvəş ömri-təvil.

Min həsəd gülzar kuyində mənə qılsa rəqib,Qəm deyil, zira ki, yanmaz nari-Nəmrudə Xəlil.

Bir zaman Məcnun əsiri-zülfün oldu, indi mən,Bağlanır divanələr zənciri-eşqə müttəsil.

Nola, Vahid, yarə zülfündən çəkən möhnətləriDil açaydın, şanətək şərh eyləsəydim dilbədil.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви