Yoxsa, ey gül, yenə gülzardə hal eyləmisən?Qönçənin bağrını qan, bülbülü lal eyləmisən?

Qamətin sayə salan yerlərə gün sürtər üzün,Onu sərgəşteyi-zülfü xətü xal eyləmisən.

Qaş qaraldıqda üzünlə dura bilməz qarşı,Məgər, ey məh, günəşə ərzi-cəmal eyləmisən?

Özgələr məhrəm olub vəslinə, öz aşiqiniYandırıb hicr ilə məhrumi-vüsal eyləmisən.

Aşiqin könlünü yıxmaq, gözəlim, yaxşı deyil,Tutar axır səni ahim, nə xəyal eyləmisən?!

Sən ki yoxdun, nə bilirdim, ələmi-eşq nədir,El içində məni Məcnunə misal eyləmisən.

Naz ilə qeyri görəndə danışırsan, nə səbəbMəni gördükdə, gülüm, tərki-məqal eyləmisən?

Vahid, əhsən sənə, tən oxlarını gəldikcə,Yığmısan dövrənə, bir cahü cəlal eyləmisən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви