Sallanıban gedən dilbər,Kərəm elə, yar, yavaş get.Məni dərdə salan dilbər,Kərəm elə, yar, yavaş get.

Gül dibini almasın xar,Könlümə gətirmə qubar,Sinəm döşə tamah qılar,Ağ buxağı qar, yavaş get.

Məhəmmədəm, yaş tökərəm,Yollarına göz tikərəm,Müdam intizar çəkərəm,Qəddi-qələmkar, yavaş get.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви