Xəbər almaq ayıb olmaz,Nədəndi qısa tellərin?Yoxsa aşiqin ölübdü?Batıbdı yasa tellərin.

Uca dağlar ucası tək,Şahmar ilan sucası tək,Yaşılbaş əyricəsi tək,Sənin də əsə tellərin.

Məhəmmədəm, yana-yana,Yandı bağrım döndü qana,Çapar sala Gürcüstana,Firəngi basa tellərin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов