Zahirin düz görünsə də, ammaİçərin əyridir minarə kimi.

Günəş ol, kainatı yandırma,Bombalardan çıxan şərarə kimi.

Cəhd qıl xəlq içində yekrəng ol,Ləkə olma ağ üzdə qarə kimi.

Ney kimi nalə etməyin xoşdur,Atılıb-düşmə boş nəğarə kimi.

Bulud olma üzündə dünyanın,Nur saç ay kimi, sitarə kimi.

Heç kəsin ruhun incidib, yorma,Bir para ləngidən idarə kimi.

Vahid, öz xəlqimin mənafeinəİndidən ta varam məzarə kimi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов