Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ey dustan, (ey dustan) yarım mənə uymaz, nedim?Ömrüm kimi getdi rəvan şol şəmi-can qıymaz, nedim?
Hərdəm nəzər pak eyləyüb, baxsam cəmali-ayinə,Günəş yüzü ayinəsi ayına göz doymaz, nedim?
Şol fitneyi-dövri-qəmər, eyni bəladır kim məgər?Sərxoş olub, qəmlər içər, netdügünü1 duymaz, nedim?
Ol dil siyəh, fəttan firəng, hər ox kimi atar bidirəng,Doğru rəvanə irişür, ayruq gözə qıymaz, nedim?
Can bülbülü hər sübhü şam əfğanü ah eylər müdam,Ol qönçələb, gülrux qulam, çün şəminə qoymaz, nedim?
Bir dəmdə min canü cəhan tərk eylər olsam yoluna,Ol alihimmət dilbərüm minin birə saymaz, nedim?
Yarın qapusunda müdam, xar olduğum budur ki mən,Doyar kişi hər nəsnəyə, bu cürmünə doymaz, nedim?
Ey nasihi-müşfiq, bizə pəndü nəsihət eyləmə,Kimsə əzəldə yazılan yazıyu çün yuymaz, nedim?
Şeyxim, o can saqisinün sərxoş gözündən məst olan,Mərdümləri iki cəhan xalqı dəxi duymaz, nedim?
Макта — последний бейт с тахаллусом поэта. Sən, ey Həbibi, cami-mey nuş eylə, çaldır, cəngü ney,Gördüm ki, ol settarü ney qullarına qıymaz, nedim?
Kitabxana.az · https://kitabxana.az/ru/works/habibi-ey-dustan-ey-dustan-yarim-mene-uymaz-nedim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Çin elindən çin səhər çün şol büti-ziba gəlür,K-ayü gündən rüxlarının pərtövi-ziba gəlür.
Aşiqə məşuqinin cövrü səfası xoş gəlürAşiqə məşuqinin cövrü səfası xoş gəlür,İki aləmdən ana bir mərhəbası xoş gəlür.
Dur, ey mürği-səhər, billah, ağaz etDur, ey mürği-səhər, billah, ağaz et,Sərağazın odunu cangüdaz et.
Ey afitabi-dövlət, vey kövkəbi-hidayətEy afitabi-dövlət, vey kövkəbi-hidayət,Ey mətləyi-təcəlla, vey nuri-bibidayət.
Стихи других поэтов · О любви
Saralan yarpaq düşəcək,Bu hökmüdür təbiətin.
Сокровищница тайн, глава 18Повелитель сердец начал пиршество в некую ночь;Побеседовать с равными был он в ту пору не прочь.
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,