Çin elindən çin səhər çün şol büti-ziba gəlür,K-ayü gündən rüxlarının pərtövi-ziba gəlür.

Çün gəlür min naz ilə ol sərvi-səməndam yar,Sanasan Məcnunə Leyli, Vamiqə Əzra gəlür.

Ey ki, qəddi-dilbəri sərvi-səhiyə bənzədən,Rast et, billah, nəzər kim, müntəha bəla gəlür.

Müshəfı-hüsnün təfəül etdügümcə ruzü şəb,Taleimdə görünən bu surəyi-tənha gəlür.

Hər qaçan badi-səhər dəprətsə müşkin zülfini,Xatirim olur pərişan, başuma sevda gəlür.

Huri-eynə dəvət etmə məni, vaiz, varmazam,Hüsn içində çünki, şol bimislü bihəmta gəlür.

Nərgisi-məxmurə din1 kim, taki xudbin olmasun,Bağ içində seyr edə şol gözləri şəhla gəlür.

Kəbeyi-kuyin ziyarət etməyə badi-səba,Eşiginə hər səhərgah bisərü bipa gəlür.

Al əlindən ayağı, qoy ayağında başuni,Saqiyi-zöhrə cəbin, gün yüzli məhsima gəlür.

Qapusunda guşi həlqə qıldığım bu k-eşidəm,Ta ki deyə rəhm edüb şol aşiqi-rüsva gəlür.

Xəstə dil olduğuna, qəm yemə, ey can, dəmbədənZi səadət kim qulunu görməgə Mövla gəlür.

Макта — последний бейт с тахаллусом поэта. Çün Həbibi gördü bu gün dilbərin didarını,Sanmanun1 könlünə ayruq qüsseyi-fərda gəlür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви