Эпоха Сефевидов
Mehriban və bağışlayan Allahın adı ilə. Hökm Allahındır. Qalibiyyət atası şah İsmayıl Bahadur əl-Səfəvi sözümüz Dizmar vilayətinin divan istərinə vəzifədar olan və ən mühüm hökmranlıq vəzifələrini həyata keçirən əmirləri, hakimləri, darğaları, amilləri və mübaşirləri bilsinlər ki, [Quranda] dürr kimi düzülmüş - onlara deyin ki, sizdən, yaxın dostluqdan başqa heç bir sual etmir və heç bir mükafat istəmirik - sözünün tələb etdiyinə görə, böyük seyidləri möhkəmlətmək və himayə etmək ədalət şüarlı sultanlar və səma qüdrətli xaqanların vaciblər sırasında və zəruriyyət cümləsinde olan vəzifələrindəndir. Bu məsud saatlı vaxtlarda Şaha layiq sonsuz qayğı, şahlıq mərhəməti və mehribanlığı hörmət sahihləri olan əzəmətli və kəramətli seyyidlərin əhvalına şamil və arzularına öhdəçi olmuşdur. Peyğəmbərin - ona salam olsun - ən yaxşı övladının [hökmranlığı] günlərində əzəmətli seyyidlər və nəciblərin xəlifələri, Seyyid Ziyaəddin Rza, Seyyid Məhəmməd, Seyyid Cəfər, Seyyid Amir və qardaşlarına xeyirxahlıq niyyəti buyurub, onları malucəhət və divan hüququndan düşüncəli surətdə, bütünlüklə azad etdik və bağışladıq, vergilərdən və yazılı göstərişlərdən kənar edilməyə layiq buyurduq. Lazımdır hökmə müvafiq surətdə rəftar edərək malucəhat, ixracat, xariciyyət, hökmlü və hökmsüz ləvazirət adı ilə ələfə, ulufə, qonılqa, ulağ, ulam, bigar, şikar, tərh, dəstəndaz, əydi novruzi, zərparəyi pişkəş, savarı, çərik, ona yarım, məlikanə, mühəssilanə, yüzə dörd, sədrlik haqqı, vəzirlik haqqı, amillərin çalışma haqqı, darğalıq haqları, yetişdirilmiş məhsulun qiymətini müəyyənləşdirmək və torpaq sahəsini müəyyən etmək haqqı, vərilmiş vədi yerinə yetirmək haqqı, qala və keşikçixana ixracatı, yüzə bir, yüzə iki və malu-xaricə aid oluna biləsi diğər divan mükəlləfiyyətləri və şahlıq tələbatından hər ad və qayda ilə olursa-olsun, əziyyət verməsinlər və təcavüz etməsinlər. İstər azacıq, istərsə də çoxlu tamah və təvəqqə etməsinlər. Hökmü dəyişmək və əvəz etmək niyyətindən mühafızə olunan və qorunan hesab etsinlər. Ötən göstəriş və davam edən qanun mövcibincə bağışlanmış və azad olunmuş bilərək, heç bir həvalə və tələb etməsinlər. Qeyd olunanları əzizləməyi və hörmətləndirməyi lazım bilsinlər. Onların minnətdar və [ya] şikayətliliyinin təsirli olmasını bilsinlər. Mübarək fərmanın tələbatından yayınmasınlar. Həmin qayda ilə rəftar etsinlər və bu mövzular üçün hər il yeni qeyd və əmr tələb etməsinlər. [Hökm] bütün dünyanın tabe olduğu yüksək şöhrətli itaət olunmanın yüksək və kaşarlı möhürü ilə zinətləndikdə, aydınlaşdıqda və cilalandıqda, etimad etsinlər. Yüksəyin əmri ilə yazıldı, Yüksək Allah onu yüksəltsin, nüfuzunu əbədi etsin. O, yüksəyə tabeçiliyi və itaətkarlığı ötəri etməsin.907-ci ilin cümada-as-sani ayının 25-də.
I İsmayılın Xanəhməd bağının bağışlanması haqqında hökmüO, pak Allahdır.Mehriban və bağışlayan Allahın adı ilə [Möhür:] Əli və onun övladlarına olan məhəbbət ruh kimi mənim bədənimdədir. Heydər oğlu İsmayıl şahimərdanın [Əlinin] quludur.
I İsmayılın Miskin Abdal haqqında olan fərmanıEy mömin insanlar, Miskin Abdal mötəbər şəxsdir, ona sidq ürəklə inanın, nə mətləbiniz varsa ondan diləyin.
RübailərEy nəş'əti-hüsni-eşqə tə'sir qılan!Eşqifə binayi-kövni tə'mir qılan!
Bu, həzrəti-izzətdən həmd ilə istimdadi-mətalibdir və asari-şükr ilə istid'ayi-sətri-laibdirƏlhəmdü livahibil-məkarim,Vəş-şükrü lisahibil-mərahim.
Bu, şükufeyi-gülzari-tövhiddir və növbaveyi-bustani-təmciddirEy munisi-əhli-zövq yadın,Əbvabi-oraəl kilidi adın!
Bu, münacat dəryasından bir cövhərdir və təzərrö' mə'dənindən bir gövhərdirYa Rəb, kərəm et ki, xarü zarəm,Dərgahə bəsi ümidvarəm.
Bu, vacibül-vücud isbatına bürhani-qate'dir və bəqai-sair mövcudata dəlili-mane'dirEtmok gərək əhli-feyzi-biniş,Təhqiqi-vücudi-afəriniş.
Bu, izhari-e'tirafi-cəhalətdir və iqrari-israfi-mə'siyətdirEy hikmətə baxmayan nəzərsiz,Əhvali-zəmanədən xəbərsiz!
Bu, sərdəftəri-ənbiyanın kitabi övsafından bir vərəqdir və sərvəri-əsfiyanın gülzari-lətafətindən bir təbəqdirEy padşəhi-səriri-lövlak,Məqsudi-vücudi-xakü əflak!
Bu, şəbi-me'rac bəyanidir və tülui-afitabi-asimanidirÇün feyzi-vücudin ilə, ey pak,Rəşki-fələk oldu ərseyi-xak,
Bu, ərzi-ədəmi-qüdrətdir və üzri-fiqdi-qüvvətdirArayişi-söhbət eylə, saqi!Ver badə, mürüvvət eylə, saqi!
Bu, saqiyi-bəzmə badə üçün xitabdırSaqi, kərəm eylə, cam gəzdir!Durma, qədəhi müdam gəzdir!
Bu, bir təriq ilə kəsri-nəfsdir və müqəddimeyi-mədhi-padişahi-əsrdirSaqi, nə idi bu cami-gülgunKim, eylədi halımı digərgun?
Bu qəsidə padişahi-islam şə'nindədirZəhi-kamil ki, əqli-nüktədan dərkində heyrandır,Vücudi-bimisali intixabi-növ'i-insandır.
Bu, səbəbi-nəzmi-kitabdır və baisi-irtikabi-əzabdırSaqi, tut əlim ki, xəstəhaləm!Qəm rəhgüzərində payimaləm.
Bu, səadətli bəy həzrətlərinin mədhidirEy xameyi-sərkəşi-səbükxiz,Vəqt oldu ki, olasan gühərriz!
Bu, tuğrayi-misali-məhəbbətdir və dibaçeyi-divani-möhnətdirDehqani-hədiqeyi-hekayət,Sərrafı-cəvahiri-rəvayət
Bu, bünyadi-binayi-bəladır və müqəddimeyi-ələmi-ibtiladırMəktəbdə onunla oldu həmdəmBir neçə mələkmisal qız həm.
Bu, sifəti-Məcnundur və ibtidai-möhnəti-füzundurBir dilbəri-sərvqəddü gülruy,Sərvi-xoşü gülrüxü səmənbuy.
Bu, Leyliyə anası itab etdigidir və bəhari-vəslinə xəzan yetdigidirÇün məkr ilə Qeysi-bədsərəncam,Bir neçə zaman keçirdi əyyam.
Bu, inkar ilə Leyli anasına cavab verdigidir və sərayi-möhnətə girdigidirLeyli bu itabı çün eşitdi,Öz könlündə müqərrər etdi
Bu, Leyliyə Məcnun güzərdə müqabil olduğudur və gün müqabilində hilali-mehri bədri-kamil olduğudurBir gün ki, bahari-aləməfruzVermişdi cəhanə feyzi-novruz,
Bu, Məcnun atasının vaqifi-hal olduğudur və onu biyabani-möhnətdə bulduğudurGəncinəgüşayi-gəncgöftarOlmuş bu əda ilə gühərbar:
Теги расставлены автоматически по ключевым словам и уточняются редакторами.