Məktəbdə onunla oldu həmdəmBir neçə mələkmisal qız həm.

Bir səf qız oturdu, bir səf oğlan,Cəm' oldu behiştə hurüqılman.

Oğlanlara qızlar olsalar yar,Eşqə bulunur rəvaci-bazar.

Qız nərgisi-məst edib füsunsaz,Oğlana satanda işvəvü naz

Oğlan necə səbr pişə qılsın?Vər səbri həm olsa, nişə qılsın?

Ol qızlar içində bir porizadQeys ilə məhəbbət etdi bünyad.

Bir türfə sənəm ki, əqli-kamilGördükdə onu olurdu zail.

Zülfeyni-müsəlsəli girehgir,Can boynuna bir bəlalı zəncir.

Əbrusi xəmi bəlayi-üşşaq,Həm cüft lətafət içrə, həm taq.

Hər kipriyi bir xədəngi-xunriz,Peykani-xədəngi qəmzeyi tiz.

Dəryayi-bəla cəbini-paki,Çin cünbüşi mövci-səhmnaki.

Çeşmi-siyəhinə sürmədən ar,Hindusinə sürmə həm giriftar.

Rüxsarinə rəngi-ğazədən nəng,Hərgiz ona ğazə verməmiş rəng.

Göz mərdüməkindən olsa xali,Göz mərdüməki olurdu xali.

Lə'lü düri göstərirdi hərdəm,Övraqi-gül içrə iqdi-şəbnəm.

Əbvabi-təkəllüm etsə məftuh,Əmvatə verərdi müjdeyi-ruh.

Şümşadi-lətifinə mürəkkəb,Sibi-zənəxü turunci-ğəbğəb.

Əndami lətifeyi-ilahi,Dəryayi-lətafət içrə mahi.

Şəhbaz baxışlı, ahu gözlü,Şirin hərəkətli, şəhd sözlü.

Rahü rəvişi müdam qəmzə,Başdan-ayağa təmam qəmzə.

Ayruqca şəklü xoşca peykər,Yaxşıca sənəm, gözəlcə dilbər.

Aləm səri-muyinin tüfeyli,Məhbubeyi-aləm, adı Leyli.

Qeys onu görüb həlak oldu,Min şövq ilə dərdnak oldu.

Ol nadirə həm ki, Qeysi gördü,Min zövq bulub, özün itirdi,

Gördü ki, bir afəti-zəmanə,Misli dəxi gəlməmiş cəhanə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов