Dil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsənBəs ki kəc nəzərsən, şux sitəmkarQan edərsən gündə çox al eylərsən

Zülfün şəbi-yəldə, cəmalındır ayKimsə ola bilməz hüsnünə həmtayPeyvəstə qaşını qurub misli yayKirpiyini oxə misal eylərsən

Ey gözləri cadu, yüzü mahtabKönlüm şəhrini eylədin xərabMəni görəndə yüzə çəkərsən nəqabQeyrilərə ərzi-cəmal eylərsən

Ta cəmalın şölə saldı cahanəAy və gün üzünü çəkdi nəhanəKövsər kimi şirin gəlir dəhanəLəblərini abi-zülal eylərsən

Görməmişəm sənin kimi zalımıOdlayıb yandırdın pər ü balımıAləməm bilirsən mənim halımıƏgər zülflərindən sual eylərsən

Случайное стихотворение

Стихи других поэтов