Leyli bu itabı çün eşitdi,
Öz könlündə müqərrər etdi

Kim, şö'bədeyi-sipehri-zalim
Tərh eylədi nəqşi-namülayim.

Əyyami-vüsalə yetdi hicran,
Vəqt oldu cigərlər ola büryan.

Əmma nə desin, nəçarə qılsın,
Tədbir nə olduğun nə bilsin?!

Naçar tutub təriqi-inkar,
Asari-təcahül etdi izhar.

Gülzar- itabə ab verdi,
Giryan-giryan cəvab verdi:

"K'ey, munisi -ruziganın ana!
Dürci-düri-şahvanın ana!

Sözlər dersən ki, bilməzəm mən,
Məzmununu fəhm qılmazam mən.

Dersən məşuqü eşqü aşiq,
Mən sadəzəmir tifli-sadiq;

Bilmən nədir ol bədisə məzmun?
Söylə, necə olmayım digərgun?

Eşqin qılmazdı kimsə yadın,
Ha səndən eşitdim indi adın.

Billah, nədir, anə, eşqə məfhum?
Bu sirri-nihanı eylə məlum!

Hadiyi-rəhi-muradım olğıl,
Bu işvədə ustadım olğıl!

Mən məktəbə rə'yim ilə getmən,
Bir şüğli xilafi-rə'yin etmən.

Həm sən dərsən ki: "Məktəbə var!"
Həm dersən son ki: "Getmə, zinhar!"

Qanğı sözə e'tiqadım olsun?
Sənə necə e'timadım olsun?

Mən həm degiləm bu zacrə qail
Kim, hərdəm olub çiraği-məhfü,

Nacinslər ilə həmdəm olam,
Bir yerdə müqəyyədi-qəm olam.

Hər didədən edə-edə pərhiz,
Övqat keçə küduratamiz.

Peyvəstə müəlüm eyləyib cövr,
Gahi səbəq oxuda, gəhi dövr.

Billah mənə həm bu idi məqsud,
Məktəbdə olurmu tifl xoşnud?

Ayrıq bu sözü mükərrər etmə,
Lütf eylə, məni mükəddər etmə!"

Çün ana eşitdi bu cəvabi,
Tərk etdi şikayətü itabi.

Şəksiz ona rövşən oldu kol mah,
Aşiqlikdən degildir agah

Bihudədir ol qamu fəsanə
Kim, aşiqdir filan fılanə.

Çün vaqeə şək məhəlli oldu,
Ol vaqeədən təsəlli oldu.

Leyli həm oturdu evdə naçar,
Düzdü sədəfinə dürri-şəhvar...

Bir bürcdə sabit oldu əxtər,
Məhbusi-xəzanə oldu gövhər.

Lə'l oldu əsiri-sineyi-səng,
Həbs oldu gülabə şişeyi-təng.

Qəmdən siyəh oldu ruzigarı,
Nomid dili-ümidvarı.

Ah eylər idi, vəli, nə hasil?
Ol yel açamazdı qönçeyi-dil.

Göz yaşı tökərdi, leyk nə sud,
Bitməzdi onunla nəxli-məqsud.

Zülfi kimi piçü tabə düşdü,
Heyran qalıb iztirabə düşdü.

Ağzı kimi xülqün etdi qəm dar;
Çeşmi kimi cismi oldu bimar.

Nə dərdini saxlasa, qərari,
Nə şərhi-qəm etsə, qəmküsari.

Fanusi-xəyalə döndü ol şəm',
Könlünü qılıb xəyal ilə cəm',

Hərdəm çəkib ol qəm içrə min ah,
Səbr etdi zərurət ilə ol mah.

Dərd ilə düzüb təraneyi-qəm,
Bu bir qəzəli oxurdu hər dəm:

Qəzəli-Leyli

Fələk ayırdı məni cövr ilə cananımdan,
Həzər etməzmi əcəb, naləvü əfganımdan?

Oda yandırmasa gər şö'lə ilə nöh fələki,
Nə bitər atəşi-ahi-dili-suzanımdan?

Qəmi-pünhan məni öldürdü, bu hem bir qəm kim,
Gülrüxüm olmadı agəh qəmi-pünhanımdan.

Ah idi həmnəfəsim, ah ki, ol həm axır
Çıxdı ikrah qılıb külbeyi-əhzanımdan.

Mən, nə hacət ki, qılam dağı-nihanım şərhin?
Aqibət zahir olur çaki-giribanıradan.

Həq bilir, yar degil canü dilimdən qaib,
Nola gər qaib isə dideyi-giryanımdan.

Can əgər çıxsa tənimdən əsəri-mehri ilə,
Əsəri-mehrini sanman ki, çıxar canımdan.

Lütf edib sən məgər, ey bad, bu gündən böylə
Verəsən bir xəbər ol sərvi-xuramanımdan.

Ey Füzuli, qəmi-hicr ilə pərişandır hal,
Kimsə agah degil hali-pərişanımdan.

Təmamiyi-süxən

Saqi, gətir ol meyi-muğani
Kim, unudalım qəmi-cəhani!

Rəhm eylə ki, qəsdi-can edər qəm,
Bağrım sitəm ilə qan edər qəm.

Qıl əqlimi badə üə zail,
Çərxin sitəmindən eylə qafil.

Fəryad ki, çərx bivəfadır,
Daim işi cövr ilə cəfadır.

Bir adət ilə mədarı yoxdur,
Dövranının e'tibarı yoxdur.

Gər həmnəfəs etsə iki yan,
Bir yerə gətirsə iki zarı,

Əlbəttə, səbəb salar arayə,
Onları əsir edər bəlayə.

Billah nə yamandır aşinalıq,
Çün vaqe olur yenə cüdalıq.

Güzarişi-hali-Məcnun

Gülzari-kəlam bağbani
Böylə bəzəmiş bu bustani

Kim, sərvi-riyazi-möhnotü dərd,
Sövdazədə Qeysi-dərdpərvərd

Hər sübh gedərdi məktəbə şad,
Məktəbdə olurdu qəmdən azad,

Məşqi-xəti-hüsni-yar edərdi,
Dəf i-qəmi-ruzigar edərdi.

Zövq ilə tutub təriqi-sabiq,
Adət üzərinə sübhi-sadiq

Gəldi yenə məktəbə fərəhnak
Ta kim, qıla zövqi-vəsli idrak.

Gördü ki, behiştə hur gəlməz,
Gün çıxdı, hənuz nur gəlməz.

Xurşidsiz oldu raz ta şəb,
Oldu başına qaranqu məktəb.

Bildi ki, sipehri-şö'bədəbaz
Bir şö'bədə eyləyibdir ağaz.

Əlbəttə, cəfayi-tə'ni-əğyar
Ol gül yoluna buraxdı bir xar.

Nomid olub etdi nalə bünyad,
Dedi: "Nədir, ey fələk, bu bidad?

Netdim sənə, qəsdi-canım etdin,
Qət'i-rəhi-dilsitanım etdin?

Kəsdin tələbi-qərəzdə rahim,
Bildir mənə kim, nədir günahim?

Əvvəl məni eylədin mükərrəm,
Vəsli-sənəm ilə şadü xürrəm,

Döndün niyə böylə, cövr edərsən?
Ol dövrə nəqiz dövr edərsən?

Vəhm eyləmədinmi kim, çəkib ah,
Suzi-cigər ilə bir səhərgah

Yandıram oda doquz rəvaqın,
Suzin sənə bildirəm fəraqın?

Tədbir qıl, ey müəllimi-pir,
Et sehr ilə ol pəriyi təsxir!

Ancaq mənə sanma yetdi bu qəm
Kim, yetdi mənə yetən sənə həm.

Düş, ey əlif, istiqamətindən,
Şərm eylə bu qəddü qamətindən!

Qəddi həvəsilə dəm urarsan,
Ol getdi, əcəb ki, sən durarsan!

Ey nun! Çü nihandır obruyi-yar,
Sən dəxi nəzərdə durma, zinhar!

Ey mim! Çü ağzı oldu qaib,
Oldu sənə həm edəm münasib!

Olsan nola, ey dəvat, diltəng?
Ayineyi-xatirin tutub jəng,

Ol türreyi-mişkbudan ayru
Hicran qara bağrın eyləmiş su.

Ey xamə, sirişkbar olubsan,
Sərgəştəvü biqərar olubsan!

Guya bu gim etməmiş müyəssər
Dövran sənə dəstbusi-dilbər.

Ey lövh, o xəttin eylə yadın,
Qıl sinədə nəqş qəm səvadın!"

Bir neçə gün ol əsiri-hicran.
Məktəbdə gəzib qılırdı əfğan.

Hər raz fəğanı ilə ta şəb,
Tə'zib çəkərdi əhli-məktəb.

Şəb həm qılıban fəğanü zari,
Eylərdi müxatəb ol nigari:

"Key göz nuri, könül süruri!
Sənsiz gözümün yox oldu nuri.

Əvvəl nə idi bu aşinalıq?
Axır niyə eylədin cüdalıq?

Əvvəl niyə eylədin məni məst,
İzhari-məhəbbət ilə pabəst?

Axır nə üçün xumarə saldm,
Bu möhnoti-intizarə saldın?

Saldın dili-zarə nari-firqət,
Qıldın gözümü pür abi-həsrət!

Könlüm odu qıldı yanə-yanə
Ahəng şəfəqtək asmanə.

Yaşım suyu oldu varə-varə
Bir bəhr ki, yox ona kənarə.

Mən isəməzəm bu gündə həmdəm,
Yanımdan itət xəyalını həm!

Olmaya düşüb xəyalın, ey məh,
Oda yana, suya bata nagəh.

Sərməsti-şərabi-iştiyaqəm,
Mədhuşi-təhəyyüri-fəraqəm,

Qoyma qəmini mənimlə həmrah,
Faş eylərəm onu xəlqə nagah.

Sərməstdə ixtiyar olmaz,
Mədhuşda e'tibar olmaz.

Can oldu qəmin yolunda bərbad,
Təşvişi-fənadən oldum azad.

Göstərdi mənə qərain məzaqi
Eyşi-əbədi, nişati-baqi.

Gər gəlsə əcəl, mənim nəm ala?
Can xud yoxdur, məgər qəm ala.

Şəm'i-şəbi-mehnətü bəlayəm,
Aşüfteyi-cünbüşi-həvayəm.

Suzi-dil ilə tökülsə yaşım,
Tiği-qəm ilə kəsilsə başım,

Candan çıxarıb həvayi-eşqi,
Tərk eyləməzəm bəlayi-eşqi.

Bu günləri kim, qəm içrə zarəm,
Hicran ələmilə biqərarəm,

Gər nameyi-ömrə kilki-təqdir
Gündür deyibən qılırsa təhrir,

Eylər məni ol hesab məğbun
Kim, surəti-haldır digərgun.

Gün şərti demişlər afitabi,
Billah ki, bu nüktədir hesabi.

Hər gün ki, görünməz afitabım,
Mən gün deməzəm, budur hesabım.

Yox kimsə bu dərdi-dildən agah,
Bu dərdi-dil ilə neyləyim, ah?!

Dərdim sözə gəldigincə artar,
Oddur, yel ilə zəbanə dartar".

Əyyamü-vüsalı eyləyib yad,
Ol xəstə bu şe'ri etdi bünyad:

Qəzəli-Məcnun

Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə,
Ne'məti-vəsün görüb, nazra çəkərdim can ilə.

Görməmişdi gülşəni-eyşim xəzani-təfriqə,
Olmamışdı tirə əyyamım şəbi-hicran ilə.

Məhvəşimdən, dustlar, dövran cüda istər məni,
Düşmənimdir, hiç bilmən netmişəm dövran ilə?

Yetsə gər aşiqlərin əflakə əfgam, nə sud,
Yetmək olmaz mahvəşlər vəslinə əfğan ilə.

Yaşınb saxlardım eldən daği-hicranın, əgər
Etmək olsaydı müdara dideyi-giryan ilə.

Zövqdən dibaçə bağlandı kitabi-ömrümə,
Qoymadı dövran keçə övqatım ol ünvan ilə.

Ey, Füzuli, əxtəribəxtim müsaid olmadı
Kim, olam bir dəm müqarin ol məhi-taban ilə.

Təmamiyi-süxən

Söz müxtəsər: ol əsiri-sevda
Bir növ ilə oldu xəlqə rüsva

Kim, Qeys ikən, oldu adı Məcnun,
Əhvalını etdi qəm digərgun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов