Süleymana baxın
(Göyçə mahalının Daşkənd kənd sakiniSüleymana həsr olunub)
Mən aşiqəm, el içindəDolanaram zaman-zaman.Qəlbim dedi, belə şəxsəŞeir qoşam, dastan yazam.Allah bilir nanəciblə,Müxənnətlə yoxdur aram.Aqil görsəm səcdə qıllam,Gedin Süleymana baxın.
Cavanlarda mətin gördümHüseynlə Bayraməli,Xaliqim alim yaradıb,Bayram ilə Abuzəri.Arasalar xalisiniSərraf seçər simuzəri,Hər kəlamı nəsihətdi,Gedin Süleymana baxın.
Abdullayam, ağsaqqaldı,El içində hörməti var.Şirin ləhcə, xoş zəbanıOna verib pərvərdigar.Danışanda o məclisdəAşıq, molla sakit durar,Söz götürər, elm yığar,Gedin Süleymana baxın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/usta-abdulla-suleymana-baxin