Düşmüşəm
Arif olan, diqqət elə, fəhm elə,Bir gözəl əlindən belə düşmüşəm.Ağlaram, tökərəm didəmdən yaşı,İndi də mən əldən-ələ düşmüşəm.
Adını deməyə mən eylərəm ar,Üstümü kəsibdi bir bimürvət yar,Quşların tərlanı, xublara zəvvar,Səyyad olub çöldən-çölə düşmüşəm.
Mən Dilqəməm, yandım, yandım, kül oldum,Danışdım, danışdım, mötədil oldum,Gülşənlər içində mən bülbül oldum,Danışıqda dildən-dilə düşmüşəm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/yehya-bey-dilqem-dusmusem
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Dəli könül, səndə nələr dolanır,Biri qışdı, biri payız, biri yaz.
MənEy gül, rəhmin kəsmə məndən,Valehü heyranınam mən.
Qəzəl: Sevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləmSevmişəm ta səni, ey muğbəçeyi-xəndan, deyiləm,Maili-sərv ü gül ü bağ-gülüstan deyiləm
Nə yaxşı munis idi, heyf, nagəhan getdiNə yaxşı munis idi, heyf, nagəhan getdi,Məni bu möhnət əta qoydu firavan getdi