Düşübdü
Şəmsəddin elində, Tovuz çayında,Gözüm bu gün bir dildara düşübdü.İki çeşmi cadu, canım afəti,Elə bir mehri rüxsara düşübdü.
Yüz nazü-qəmzəynən qəddi payinə,Müjganından bir çox çəkdi yayinə,Döşəndim, fərş oldum xaki-payinə,Onda gördüm can nisara düşübdü.
Gülüstani-Rəmdən gəlmiş ol pəri,Ayla gün hüsnünə olub müştəri,Yenicə dolanır şahmar zülfləri,Mürcümlənib bir kənara düşübdü.
Niqab açdı, nəzər saldı hər yana,Hüsnünün şəminə oldum pərvana,Gülzarın gülü, bağü-bostana,Nə çəmənə, nə gülzara düşübdü.
Ceyranlar gəzərdi çöl bərəsində,Sona məskənində, göl bərəsində,Əfşan olan zülfün tel bərəsində,Laçın könlüm xub şikara düşübdü.
Dünyada xoş olur vüsali-həmdəm,Fərağında nalə çəkdim dəmadəm,Vadiyi-heyrətdə Qeys olur Dilğəm,Leylisindən çün avara düşübdü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/yehya-bey-dilqem-dusubdu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Dedim mərqum edəm ol yarə kağız,Mənə bəlkə qıla bir carə kağız.
Uzun söhbətdəyəmLovğalıq olmaz desəm aşiq kimi şöhrətdəyəm,Eşq dünyasında mən az-çox yenə hörmətdəyəm.
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Haray, harayZülm eyləyib bu gərdişi-dövran, haray haray!Ömrüm yetişdi axıra, ey can, haray, haray!