Laçm bərəsində, Kür kənarında,Getdi telli sonam gölə, gəlmədi.İstədim ki, onun tərifin yazam,Sığışıb qələmə, dilə gəlmədi.

Can verdim cananm yolunda durdum,O dağı, düyünü sinəmə vurdum.Bir tərlanm bərəsində tor qurdum,Dedim bəlkə tora gələ, gəlmədi.

Belə gözəl olmaz xüldi-bərində,Ağıllı, kamallı, huşu sərində.Məcnun kimi durdum vədə yerində,Leyli kimi getdi çölə, gəlmədi.

Yenə yada düşdü o səlmi-nazım,Şəninə qafiyə, qəzəllər yazım,Havalı ceyranım, şahım, şahbazım,Qırdı şikar bəndin, ələ gəlmədi.

Dilqəm ayrı düşdü qönçə dəhandan,Ətri-bənövşədən, gülü-reyhandan,Cənnəti-rizvandan, huri-qılmandan,Əfzəl olan bu müşkülə gəlmədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов