Əlminnətü lillah ki, murad oldu müyəssərBəzm içrə mənə uğradı rəna iki dilbərBiri günəş idi, birisi mahi-münəvvərTutmuşdu qərar ikisi bir bürcdə bərabərDüşmüş iki bərqin şəfəqi məclisə yeksərHüsn içrə mələkdirmi deyim ya pəri peykərYox-yox, qələt etdim, daxi əla, daxi behtər

Saqi, məni öldürdü bu eşq ilə bu sevdaDoldur içəlim badeyi-gülrəngi-müsəffaƏlhəq ki, ziba yaradıb Qadiri-yektaMehtab cəmalində qaralmış yədi-beyzaEylər nə gözəl şəşəeyi-hüsni-təcəllaTa var cahan, çeşmi-cahan görməyib əslaBir bürcdə bir mah ola, bir xurşidü xavər

Saqi, tut əlim, bəsdi, məni salma ayağaYandımsa əgər munca yetər nari-firaqəPərvanə sifət çox da təni yaxma çırağaVə nami-xuda silsileyi-nəzm və nəsağəBu bəzmdə iç, zövq verər nəşeyi-damağaBax qönçələbə, ağ buxağa, al yanağaMən eylər idim canımı bunlara sadağaCan nəqdi əgər olsa idi əldə müyəssər

Ta vaqifi-hal oldu dil əsrari-nihanəOdlara düşən şəm kimi çəkdi zəbanəCan çıxmağa qəsd eylədi, gəldi daxi canəYüz fikrə batıb əql gənə getdi gümanəLeyla ilə Şirinmi gənə gəldi cahanəBənzər bunların süzməyi bir sərvi-çəmanəBir qeyri gözəllərdə tapılmaz bu nişanəQaş yay ola, yüz ay ola, rux laleyi-əhmər

Əlhəmd sənə kim, mənə, ey Qadiri-SübhanQıldın nəzəri-mərhəmət, pakini ehsanOlduqda dünən mən bu iki mahvəşə mehmanGördüm döşənib bağ ü çəmən, səhni-gülüstanAçmış iki gül qönçəsi tazə-tərü xəndanHəm naz ü nəzakətli, həmi afəti-dövranHəm işvəli, həm qəmzəli, hər sərvəri-xubanBir gərdəni mina, qolu şümşad, qədi ərər

Cəm olsa əgər bir yerə məhbubeyi-aləmOlmaz o qəzalan vəcahətdə bu çəm-xəmHeyrətdə qalar növi-mələk, firqeyi-AdəmBəh-bəh, necə ləhcə, necə şivə, necə görkəmMən bunlara müştaqidim əz ruzi-müqəddəmHaşa ola Baqir daxi bir özgəyə həmdəmŞirin dəhən ü tuti məqal ü dili zəmzəmQəbqəbləri güldür, yüzü nəsrin, səmənbər

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов