Yetdik cahanda cana yetişməz əcəl-məcəlEy kaş ola bu dirilikə ölmək bədəl-mədəl

Yox məndə tab, həvsələ, təmkin, səbr-məbrƏvzai-ruzigar qəbih ü çəpəl-məpəl

Əzbəs yetər xəyalımə bihudə fikr ü məkrQorxum budur, əqidəmə yetsin xələl-mələl

Aləmdə hər bəxil olubdur qəni-məniXəlq içrə sərbülənd olubdur kəçəl-məçəl

Mün'im bir təam ləziz ü pilov-milovDərviş doğ-xüşk ü fətir ü bəsəl-məsəl

Təğyir olub fətavayi-əhkami-şər'-mər'Molla fəqih elmə etməz əməl-məməl

Minbər ki, anda xütbə deyib paklar-maklarMütriblər indi anda oxurlar qəzəl-məzəl

Əhli-dəhat kəlb ü hemar ü öküz-möküzƏhli-bilad müfsid qəlb ü dəğəl-məğəl

Çıxmaq gərək dəhat, bilad-məladdanYekdir gənə bu mərhələlərdən cəbəl-məbəl

Yarəb, bu ixtilaf nədir xəlq-məlqdəGuya müşiyyətin belə etmiş əzəl-məzəl

Baqir, bu növ kim eylədin xəlqi hicv-micvGuya cahanda yoxdu sənin tək gözəl-mözəl

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов