Bağlandı guş sovt ü sədadan yavaş-yavaşGöz xirələndi, düşdü ziyadan yavaş-yavaş

Süst oldu üstüxani-zənəxdan zə'fdənDəndan qaldı əkli-qidadan yavaş-yavaş

Diz qüvvəti kəsildi, ikini üç eyləməkYəni əl ilə tutmaq əsadan yavaş-yavaş

Mülki-bədəndə səf çəkib əmrazi-mühlikəBir-bir gəlib zühura xəfadan yavaş-yavaş

Banu zəbandəraz olub, bən oldu təndxuQovğa bülənd oldu səradan yavaş-yavaş

Bir evdə çox otursa qonaq olmaz izzətiKöçmək gərək bu dari-fənadan yavaş-yavaş

Bəd həmnişin söhbəti ömrü təbah edərHəm az dərər təriqi-hüdadan yavaş-yavaş

Ömrüm keçib ərazilü ədnayi-xəlqləMəhrum xidməti-füzəladan yavaş-yavaş

Hər kim təqərrüb istəsə hakim qapusunaDur oldu bargahi-xudadan yavaş-yavaş

Dünyadan ötri dinini bərbad eylədiBədnam oldu, düşdü həyadan yavaş-yavaş

Axır nəfəsdə Baqirə, yarəb, himayət etQurtar təərrüzi-süfəhadan yavaş-yavaş

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов