Fəraq oldu bu cavana,Halal ilə aman ana,Rəhim ol, olma biganə,Halal ilə aman ana.

Səfər etdim bu məskəndən,Cüda düşdüm bu gün səndən,Yazığam, incimə məndən,Halal ilə aman ana.

Fəraq oldum diyarımdan,Cüda düşdüm nigarımdan,Həzər et ah-zarımdan,Halal ilə aman ana.

Aman ana, aman bacı,Aman ana, başım tacı,Bu dərdin siz, söz əlacı,Halal ilə aman ana.

Dilədim seyr edim çəndan,Ola ta könlümüz xəndan,Nə hasil qafil insandan,Halal ilə aman ana.

Rəsulun qəbrinə yüzü,Qoyub giryan idim gözü,Halal ümmət edək bizi,Halal ilə aman ana.

Sürüm torpağa yüzümi,Yaş edim iki gözümi,İşit rəhm ilə sözümi,Halal ilə aman ana.

Mənim Şuridə naçarə,Günahkar bəndə Qəffarə,Ki lahiq etmə fin-narə,Halal ilə aman ana.

Случайное стихотворение

Стихи других поэтов