Sənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,Quruyub gözümün qalmıyıb yaşı,Əcəb qaldım bir cüt bala deyə mən

Təbrizdən bir cüt bala gətirdim,Gətirübən boya başa yetirdim,Bərbad olmuş bu Tiflisdə itirdim,Əcəb qaldım bir cüt bala deyə mən

Adım xəbər alsan, Xanlar Xanıyam,Gözüm yoxdur açam səni tanıyam,Bir cüt oğlu olmuş sonsuz atayam,Əcəb qaldım bir cüt bala deyə mən

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов