Gəlsin
Başına döndüyüm qasid xoş qədəm,Ərzimi get söylə canana, gəlsin.Gecə-gündüz şama pərvanə kimi,Oduna alışıb yanana gəlsin.
Dilim tutmur yara dərdimi yazam,Cəlallı canandan artıbdı cəzam,Saranı Mahmuda verən Mimizam,Mənim işim səndən imkana gəlsin.
Görmədim bir belə ləbi piyala,Buxağı bönövşə, yanağı lala,Cəlallı canana gələn bir bəla,Uzaq olsun ondan, bu cana gəlsin.
Hər kəs yarı mənə inayət eylər,Elə bil Kəbəni ziyarət eylər,Qafil gedən qasid xəyanət eylər,Yar özü ilqara, imana gəlsin.
Dilqəmə lütf eylə kərəmin kanı,Növrəstə nobarı, o novcavanı,Ya kəs başım, ya da yetir cananı,Mənim mürği-cismim dərmana gəlsin.
Kitabxana.az · https://kitabxana.az/ru/works/yehya-bey-dilqem-gelsin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
مگر با دشمنان ما قدح پیمودهای دیگر؟
بت پیمان شکن دائم شکسته زلف چون پیمانرخش ایمان دلش از کفر زلفش کفر بر ایمان
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,