Bir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,İki dilli hərcayidanVəfa olmaq nə mümkündür

Mədəd səndən, sahib-zaman,Üzmənəm dəstimi aman,Çünki əğyar oldu canan,Səfa olmaq nə mümkündür

Qurbanam şahlar şahına,Şükr eylərəm dərgahına,Düşdüm zənəxdan çahına,Rəha olmaq nə mümkündür

Tifl ikən uğradım dərdə,Gəzərəm bisəbəb yerdə,Məhəbbət olmayan yerdəSəfa olmaq nə mümkündür

Başım qurban olsun mərdə,Bəla versin Haqq namərdə,Mürtəza deyir belə dərdəDəva olmaq nə mümkündür

Случайное стихотворение

Стихи других поэтов · О любви