Belin nazik, qəddin suca, üzün gül,Məlahəti sən cananda görmüşəm.Gülüstani-Rəmdə tək şahipərdəNə mələkdə, nə insanda görmüşəm.

Müjganındı peykan, qaşmdı kaman,Gözlərin cadudu, ey afəti-can,Sən hüsndə, vəcahətdə novcavan,Nə uqbada, nə cahanda görmüşəm.

Az bilmirsən camalının qədrini,Görsə hilal elər aym bədrini,Necə deyim, o zülfünün ətrini,Nə bənövşə, nə reyhanda görmüşəm.

Hüsnün zinət verir xüldi-bərinə,Pişivazə gəlir gözəllər yenə,Zülfünün ətrini müşk ənbərinə,Nə limuda, nə fincanda görmüşəm.

Dilqəm görsə ləbin, olmaz əfsana,Ləbin nisbət şəhdə2, abi-heyvana,Aqil alim görsə olar divana,O xal ki, var zənəxdanda görmüşəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви