Əvvəl salam olsun, Şikəstə qardaş!Oxu, bu kağızın qarası nədir?Təbibimsən dəva elə dərdimə,Aç gör ürəyimin yarası nədir?

Gecələr sübhədək asıllam dardan,Könül əl götürməz bu ahu-zardan.Ölləm, ayrılmaram vəfalı yardan,Axtar gör işlərin çarası nədir?

Bir tuti dillidir, qaməti düzgün,Yanağı lalədir, baxışı süzgün.Fikirləş, çarə qıl bu işə gizlin,Əfqanın dərdinin davası nədir?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви