Ey nazlı yar, gül yanağın,Xub yaraşır xal üstünə.Gümüş kəmər incə beldə,Düzülübdür pul üstünə.

Gördün ki, yarın yar deyil,Çarəsin qılmaq ar deyil,Dünya başına dar deyil,Birini də al üstünə.

Hüseyn ağlar zarı-zarı,Azalarmı qəm, qübarı,İtirmişəm nazlı yarı,Durum çıxam yol üstünə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви