Nə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.Mənə qalır əbəs yerə can çəkmək,Əğyar ilə keçər zövq-səfası.

Düşmə ayağına belə xubların,Dəf elə özündən dəhr aşubların.Mənə söylə görüm bu məhbublarınHansında var sədaqətin binası.

Bunların hansı biri bilir məhəbbət,Qədr-qiymət qoyub göstərir ülfət,Gah zaman səninlə edirlər söhbət,Gah zaman bulandır olur havası.

Dərdlərindən təmam dillər oldu qan,Edə bilməz çarə gər ola Loğman,Rəhm et Kəmtərə, ey təzə cavan,Bilim nədir belə dərdin dəvası.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви