Eşitdim ki, yazıb Fitrət təzə bir şeri-nab indi¹,Cavan şairlərə söylər ki, versinlər cavab indi.

Cavanlar feyziyab olsa təəccüblü deyil məncə,Qoca aşiqlərin ancaq olur eşqi savab indi.

Bu cananlar vəfasından cahanda bir saray tikdim,Fəqət çox çəkmədi oldu haman evlər xarab indi.

Bu pərdə altda söz yazmaq nədir mən bilmirəm, Fitrət,Görürsən pərdəni atmış üzündən afitab indi.

Sən Azəroğluna baxma Azərbaycana vurğundur,Bu şairlər həyatında yaradaq inqilab indi...

Ərdəbil, 1943

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви