Yavaş-yavaş
Minib eşqin səməndini çaparam yavaş-yavaş,Sınıq könlüm yüz tədbirnən yaparam yavaş-yavaş.Sevən yarım şəfqət etsə o ləblərin suyundan,Od tutuban yansa canım, səpərəm yavaş-yavaş.
Geyinmisən, yüz fitnəylə tilsim əynindədir,Məni bu dərdə salıbsan bablın boynundadır,İtiyim var, axtarıram, deyirlər qoynundadır,İznin olsa, mən əl salıb taparam yavaş-yavaş.
Mən Cüməni yad etmədin, heç bilmirəm günahım,Məni səndən cüda saldı min bir adlı pənahım,Can dilbərim, bir yaxın gəl, çox da yoxdur tamahım,O gül yanaqdan bir busə öpərəm yavaş-yavaş.
Kitabxana.az · https://kitabxana.az/ru/works/molla-cume-yavas-yavas
Клавиши ← → для перехода, R — случайное стихотворение