Qəzəl: Üşşaq binəvaya qulaq tut, nəvayı gör
Üşşaq binəvaya qulaq tut, nəvayı gör,Ney tək bu bizəbanlara dil ver, harayı gör
Göz yara-yara könlüm evin göz-göz eylədi,Dəryaya saldı rəxnələr ol qanlı çayı gör
Derdim ki nobahar gələ, könlüm aça,Sındırdı şax u balımı ol mumiyayı gör
Aldanma pic ü tabına mui-miyanın,Ey qafil, aç gözünü, bu görünməz bəlayı gör
Almaz məhəbbəti həvəs qab nərxinə,İnsafa bax, mürüvvəti, sirayət vəfayı gör
Öz cani düşmənini sevər aşiqəm deyən,Biəqli gör, səfahəti gör, binəvayı gör
Zahirdə zəfdən çəkə bilməm nəfəs, vəli,Mənidə çəkdi kəmcə nəfəs ah ü vayı gör
İnsaf tərkin eyləmə, nə istərsən et mənə,Yəni aradə aşiqi görmə, Xudayı gör
Qövsi, əgərsə boynutu, çox baxma xar ona,Rənalıq zamanda bu xəm gəştə-bayı gör
Kitabxana.az · https://kitabxana.az/ru/works/qovsi-qezel-ussaq-binevaya-qulaq-tut-nevayi-gor
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nə ləbdir vəh nə ağızdır bu yarəb vəh nə sözdür buİraq olsun yaman gözdən nə mijgandır nə gözdür bu
Qəzəl: Ənanım aldılar əldən dili-zar ayrı yar ayrıƏnanım aldılar əldən dili-zar ayrı yar ayrıMəni divanə etmişlər xəzan ayrı bahar ayrı
Qəzəl: Yıxır viranəmi gərdun sanır kim xanimandır buYıxır viranəmi gərdun sanır kim xanimandır buNə bilsin kim qanatsız quşlar üçün aşiyandır bu
Qəzəl: Nə qəm gər hər nəfəs xuni-dil içsəm adətimdir buNə qəm gər hər nəfəs xuni-dil içsəm adətimdir buNəvah olsam desəm dəmbədəm xasiyyətimdir bu