Ənanım aldılar əldən dili-zar ayrı yar ayrıMəni divanə etmişlər xəzan ayrı bahar ayrı

Ciyərgahım sökərlər tab və taqət məndən istərlərSəpehr ayrı şəbi-hicranın ayrı ruzigar ayrı

Xəzan fəslində bülbül guşə səndən əl-aman məndənKi ayrı şivədir səbr və təhəmmül zinhar ayrı

Xəyali-arizin könlümdə pünhan dağı köksümdəMəni məst eylədi seyri-gül ayrı lalazar ayrı

Bu il yarəb nə güllər dərsin ol gülzardən bülbülƏgər mən ayrı tökəm göz yaşı əbri-bahar ayrı

Nəcə xamuş olam ey qönçə sən tək mən bu gülşəndəKi məndən nalə istər bülbül ayrı növbahar ayrı

Boyundan ayrı nəqşi-pay tək əldən gedər QövsiXiramından sənin ey ahuyi-mərdümşikar ayrı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке