Gecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanıYaxam çürübdür didəm yaşındanNazik əllərilən silən yar hanı

Yoxdur bərabəri ruyi-zəmindəOnu sevən aşiq nə baxar qəndəDili şəhd-şəkər, ləbi pür xəndəBizimlən danışıb gülən yar hanı

Həsrətini çəkər cənnətdə huriTərifi tutubdur Çini-FəğfuriDizimin taqəti, gözümün nuriYüz naz eylən canım alan yar hanı

Mina dir xəlqdə bu nə mürüvvətdiBilmənəm yarımı kimlər öyrətdiDərman eyləmədi, buraxıb getdiUsanıb mürüvvətə gələn yar hanı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви