Yıxır viranəmi gərdun sanır kim xanimandır buNə bilsin kim qanatsız quşlar üçün aşiyandır bu

Müsəlmandır ləbi mey-gunə aldanmayın ki qandır buKönül yaxşılara zinhar verməyin kim yamandır bu

Yığıb damanını aşiqdən ey sərvi-rəvan ötməKi hüsnün çağı beş gündür ötər kəc rəvandır bu

Derlər kim nişan bulmaq dəhanından müyəssərdirQələtdir, iftiradır, məhz sözdür bu, yalandır bu

Keçər mijganlərin daşdan çəkəndə göz qaşın yayınƏgərçi bir xəmidə oxdur ol bir natəvandır bu

Məni məst etdi dövri-xəttin ey bədməst huşyar olBahar isə mənə amma sənə fəsli-xəzandır bu

Deyirdim kim sənin muyi-miyanın var ola ammaYetişdim ol xəyalın sirrinə kim bir kəmandır bu

Bahar ötməkdədir Qövsi gözün aç qönçə tək uymaYetişər köçməyə növbət sənə həm karvandır bu

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви