Qəzəl: Sızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsən
Sızıldar üstüxanım, bilmən, ey can, sən nə sızlarsən,Yanar bərqi-bəladan ol neyistan, sən nə sızlarsən
Könül xuni-cigərdən camı-gülgunun ləbaləbdir,Bu hamu eyş ilə, ey xanəviran, sən nə sızlarsən
Bu gün mən bizəbanam, bənd-bəndim yansa eyb olmaz,Sənə mümkündür, ey ney, ah ü əfğan, sən nə sızlarsən
Yanarsan mətləbincə, ey səpənd, şux odlara,Mənim tək görməmişsən dağı-hicran, sən nə sızlarsən
Mən, ey ney, olmuşam bitab öz fəryad naləmdən,Bu yanar od məni etmiş neyistan, sən nə sızlarsən
Gərəkdir ki qəfəs qeydində mən fəryad edim, bülbül,Müyəssərdir sənə seyri-gülüstan, sən nə sızlarsən
Sınıq mina kimi mən sızlasam bica deyil, Qövsi,Bu bükülmüş qəd ilə, ey nayi-Nisan, sən nə sızlarsən
Kitabxana.az · https://kitabxana.az/ru/works/qovsi-qezel-sizildar-ustuxanim-bilmen-ey-can-sen-ne-sizlarsen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən məst idim, ol məstlə axır belə düşdüm,Qıl fikrimi saqi ki, yaman müşkülə düşdüm.
Qəzəl: Zəxmi-xunəfşanım, ey bülbül, güli-tərdir mənəZəxmi-xunəfşanım, ey bülbül, güli-tərdir mənəKönlümün hər əqdəsi bir əqdi-gövhərdir mənə
Qəzəl: Gərçi artıq yaraşır ol cameyi-gülgün sənəGərçi artıq yaraşır ol cameyi-gülgün sənəHər nə geysən qaməti-mövzun edər mövzun sənə
Qəzəl: Nə vüsalın məni dildən sala hicran, nə rəvaNə vüsalın məni dildən sala hicran, nə rəvaTa meyi-nab ola, ey bağrı bütün qan, nə rəva
Стихи других поэтов · О природе
Əfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.
Yağış yağarkənДождь идет —это капель восторженный пляс
QayıtdıBir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdı
Bahar gəlibdirYenə də bahar gəlibdir,Necə bəxtiyar gəlibdir!