Bir nazənin huri mələk simalıGəldi, məni gördü, güldü, qayıtdıPənhanı göstərib gül yekağınıTər yüzünə şəbnəm doldu, qayıtdı

Vəsf eyləmək olmaz xədü-xalınıSorüşmədi şikəstənin halınıNaqəhan göstərdi gül cəmalınıBiçarənin canın aldı qayıtdı

Mən görmüşəm gözəllərin çoxunuBelə olmaz, amma boyu-buxunuMijqandan çəkdi xədəng oxunuYaralı canıma çaldı, qayıtdı

Gözlər ikən gözlərimə yetişdiMürdə cismim eşq oduna tutuşduŞahrahdən qıya baxıb ötüşdüYollarında gözüm qaldı, qayıtdı

Biçarə Abdulla kişt etdi bağıZülmətlərin nuri-aləm çırağıÇahar-şənbə günü ilkindi çağıGəldi, səni dərdə saldı, qayıtdı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе