Qürrətül-üyunum, ay Güllü xanımHünərin var, bu meydanə gəl indiQəza və qədərdən hər nə ki olsaQəbul elə, bu rizvanə gəl indi

Mən istərəm bu işləri bitirəkSinəmizi sinə üstə yetirəkSək rəqibi aralıqdan götürəkGecə-gündüz dərsxanə gəl indi

Dərsxananın həsrətini çəkərikƏli bağlı qulluğunda nökərikGözümüzü müdam yola tikərikYeni yetmiş bu oğlanə gəl indi

Dutduğumuz işi əldən qoymayaqƏmək-əmək ləblərini doymayaqGecə-gündüz gəzək, çölü dinməyəkYekağı, gəl, xanımanə gəl indi

Mən bilirəm, məni qoyub getməsənXəfi-xəfi sirlərimə yetməsənGörəydim ki orda nələr etmisənSən maralsan, bu ceyranə gəl indi

İndən belə hünərin var, görəsənSayaq olub bu pusqusunda durasanHeç olmasa əli ələ verəsənQaşı qövsi mahvəşanə gəl indi

Nə olur ki birdə gedək orayaAçıban qapunu girək sarayaKimsə gəlib yetişməyə harayəKəmali çox nüktədanə gəl indi

Xəstə qılıb məni zülfün şahmarıÇox müddətdir çəkərəm bu ah-zarıGözəllər sərvəri, xublar sərdarıCanım alan alişanə gəl indi

Ay ahu baxışlı, fitnəli fillıAy gözləri xumar, ay şirin dilliAy gülşəni güllü, bağı sünbüllüDərdə təbib bu Loğmanə gəl indi

Təbibsən, dərdimə etgilən dəvaŞah-şahbaz, aşiqə bəlaAyeyi-Qur'ani şəms vəz-zuhaCənnət bağı din-imanə gəl indi

Cənnət bağı gözəllərin sərvəriHəsən Hüseyn Şah Əli HeydəriƏndamı ağ dəryaların mərməriMürdə cismim can ver, cana gəl indi

Mürdə cismim, nə çəkməsən qəm-ələmQüdrəti-ilahi Nun vəl-qələmGörməmisən məgər Beytül-hərəmQövsi-qüzeh qaşı kamanə gəl indi

Qövsi-qüzeh, ay gərdəni sürahiYerlərin sultanı, göklərin şahıÇıxartma yadından bu AbdullahıŞahi-əcəm Süleymanə gəl indi

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов