Aman Allah, çərxi-fələk əlindənQəmlər çəkib axır canə gəlmişəmBir qətrəyim, vüsalından cüdayımÜz tutubən o ümmanə gəlmişəm

Röyətin eşqində Sidrətül-müntəhaO ağ buxağına bulunmaz bəhaMünəvvər oldu ərz və əs-səmaBir ayəyim o Qur'anə gəlmişəm

Çağırmadın bu mən-bağrı-kababıGötürmədin aradan hicabıÇox eylədin mənim üçün əzabıFəryad üçün o Rəhmanə gəlmişəm

Müqərrər könlümdə lami-istiğasMələkül-mövtdən düşməzəm hərasKəlamını çox eylərəm iqtibasYüz çevirib o canana gəlmişəm

Çağıraram o Xaliqi-əʼləmiMüzəyyən eyləyən ərşi-əʼzəmiNəbiyyullah ol Rəsuli-ƏkrəmiAbdullahəm, can alanə gəlmişəm

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви