Vahəsrəta çərxi-fələk əlindənÇünki dost mehribanı görmədimCəmal və kəmalın dildən eşitdimNə fayda, zənəxdanı görmədim

Neçə müddət könlüm intizar idiFikrim zikrim xəyalımda yar idiMən çox gəzdim o dövranı görmədimDedilər ki yaxşı dövran var idi

Dövri-ruyin almış təravətYandırdı ciyərim nari-firaqƏzrail tək gəldi ruzi-qiyamətGetdim Sidrətül-müntəhanı görmədim

Səndən ayrı ah-əfğan edirdimBu sirrimi xəlqə nəhan edirdimKönül məclisində seyran edirdimBaxdım şəm'i-şəbistanı görmədim

Abdullahəm, baş açmadım bu sirdənFələk yüz döndərdi mən tək fəqirdənMöcüzələri xəbər aldım XızırdanCavab verdi: Məsihanı görmədim

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе