Tale
İki təzə gəlin dayanıb qoşaBiri yaraşıqsız, biri tamaşa.Çirkinin halına acıyır gözəl,Yanıb əhvalına acıyır gözəl.Kifirsə ədayla baxıb gözələ,Söyləyir:Sir-sifət şərt deyil hələ.Məni yazıq-yazıq süzmə çəpəki,Baxtı göyçək olsun adamın təki!..
Bir ağız çağıraq baxtımızı gəl,Əvvəlcə baxtını səslədi gözəl;Ay baxtım, ay baxtım!Dərd baxtım,Çor baxtım,Vay baxtım.Baxtı acı-acı:Hə, nə var, - dedi.Tez ol,
Nə deyirsən, de, qurtar - dedi.
Çirkin də çağırdı baxtını bu dəmBaxtı gülə-gülə dedi:Gəlirəm.Bu saat gəlirəm,Qadanı alım,Mənim maralım!İnsanın taleyi əlindədirmi?!İnsanın taleyi alnındadırmı?Gözə görünməyən bir yazı varmı?Hər kəsin qisməti onu taparmı?Axtarıb taparmı əli çıraqlı,Xoşbəxtlik - bədbəxtlik - sirli-soraqlı...Tale bir doğulur hər bir adamla;Kimin yar olur gur çilçıraqla,Kimin çeçələ barmaqca şamla.Taleyin işindən yoxdur baş açan,Bəzən üzdə olur nadürüst, nadan;Daldalardan baxır ağıllı, yaxşı,Bəli, gətirmir ki, gətirmir naxşı.Taleyin öz qolu, öz möhürü var,
Sən əlli hökm ver, əlli də qərar.Qızılı xəzəldən ayır ki, ayırFələk saydığını sayır ki, sayır...Kim inkar edir ki, ağlı-zəhməti,Fəhmi, dərrakəni, əzmi, qüdrəti.Kim inkar edir ki, zərurətləri,Ay kimi, gün kimi həqiqətləri.Kim inkar edir ki, alın təriniBəşər övladının kəşflərini?Kim inkar edir ki, ülvi məramı.Qranit inamı, vulkan ilhamı.Kim başa düşmür ki, nağıl nağıldır,Bütün mücrülərin,Xəzinələrin,Bu əngin səmanın,Bu zəngin yerinBircə açarı var -O da ağıldır.Bütün ağıllılar xoşbəxtdirmi bəs?Ey sözdə-söhbətdə taleyi danıb.Bərkə düşən kimi “ya baxt!” deyən kəs!..Tale tilsimini açan olmayıb,
Tale yazısından qaçan olmayıb.Hamının baxtı var:Ya xoş,Ya da bəd.Bu “xoş”un, bu “bəd”in arasındasaFəqət çəkilməyib Çin səddi tək sədd.Yoxdur qətran kimi baxtı qara da.İnanma, sərasər bəxtiyara da!Dayanıb əlində sehrli çubuqBizə dirijorluq edir baxtımız.Günəşə uçuruq, aya uçuruqBizdən irəlidə gedir baxtımız.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-tale
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О судьбе
Köhnə Şamaxının seyrin eylədim,Əl dəyməmiş təzə bağlar qalıbdı.
FələkNeylmişdim sənə, ey çərxi-gərdunBizim ilə düşübsən inadə, fələk
Bakıyla Təbrizin arasındayamMənim qismətimdir alatoranlıqGecəylə gündüzün arasındayam,
Könül bulanmaz imiş etibar olan yerdəKönül bulanmaz imiş etibar olan yerdə,Qışın nə aləmi varmış bahar olan yerdə.