Mənim qismətimdir alatoranlıqGecəylə gündüzün arasındayam,Qurulur içimdə mizan-tərəzi,O gözlə, bu gözün arasındayam.

Yollar ayrıcında çox talanmışam,Fikirlər əlində haçalanmışam.Təpədən qorxmuşam, düzü danmışam,İndi dağla düzün arasındayam.

İlişib qalmışam qəm çalasında,Bir gözəl tilsimin daş qalasında,Həmişə qapılar astanasındaBayırla dəhlizin arasındayam.

Bəxtiyar, sinəndən neçə "mən" keçirBiri dərdli keçir, biri şən keçir,Məftilli çəpərlər sinəmdən keçir.Bakıyla Təbrizin arasındayam.

May 1969

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе