Çıxdım əlincəyə
Şair İslam Səfərliyə,bu gün ruhu şad olsun.
Çıxdım ƏlincəyəCövrü-cəfa ilə.Çıxdım əlincəyəZeynal Vəfa ilə.
Çıxdım Əlincəyə -Dümdüz divara mən!Çıxdım, bu cahanaGəldim dübarə mən!Öldüm və dirildim,Çıxdım əlincəyə...Son zirvədə güldümDaşlar və kəsəklərÇıxdım ƏlincəyəNəqş açdı əlimdə...Alnımdan axan tərDuzlaşdı dilimdə.Sən söylədin İslam!“Müşküldü bu iş bil”Bu müşkülü, şadamDəf eylədi qabil.Çıxdım Əlincəyə,Yoldaş Səfərli!Yanımda olaydınEy kaş, Səfərli!Dəhşətli sıldırım,Heybətdi bir qala,
Tarixən olubdurTeymur üçün bəla.Səngərdir o sənətkarŞiş-şiş haça dilli.On dörd dəfə cumduQəhr oldu yad elli.İstehkam olubdurQüdrətli Əlincə.TeymurləngdənQanlı bac alıbdırŞöhrətli Əlincə.Baxsan ona yerdən,– Alçaqdı, - deyərsən.Adi və çox adiBir dağdı - deyərsən.Adi deyil ancaq,Adi deyil İslam!Qalxdım göyə gündüz,Endim yerə axşam.Sən şəkk eyləyirdinŞəkkin hədər oldu.Çıxdım Əlincəyə
Nəqşi-cahan əhliTez baxəbər oldu.Məndən, bilirəm ki,Sən qismən ağırsan -Sən cismən ağırsan,Əlbəttə çətindirDağ-daş səninçin.Zillətli yoxuşlar,Uçqunlu enişlər,Qardaş, səninçin!Adət eyləyibsənVadidə kababa,Əntiqə şəraba.Onsuz da ƏlincəAydın görünürsə,Neyçün dözəsən bəsBihudə əzaba?Qoy qarə cəmaatÇəksin bu cəfanı,Şahinlərə həsrətHər qəlbdə hanı?Lap kəllədə şair,
Billur kimi bir su,Mazğallar, hasarlar,Sair və sair...Könlümdəki yanğıQeyb oldu içərkən.Fəxr ilə deyim mən.Adi sumudur bu?Can atdı bir orduCəhd eylədi teymur,Ləb - teşnə qayıtdı,Oldu buna məcbur.Qismət bizə gəldiYüksəklərə qalxmaq,Qartal baxışıylaBu torpağa baxmaq.Övladlarıyıq bizBu Odlu diyarın,Rəmzi deyilmi bəsBu şanlı ƏlincəƏzmin və vüqarın?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/qabil-cixdim-elinceye
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Beşi nəBeş yaşımdan on beş yaşa yetişdim,Beşin atdım, beşin tutdum, beşi nə?
HanıXəyalü fikrə gətir şeş cəhati-dünyanı,Təsəvvür eylə cəmiən cahani-imkanı
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.