Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanı
Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Nə evlər tişəyi-kilk, vəzarətlə xarab etdin,Salıb dəftərlərə cəm eylədin əfradi-tumanı
Hənaya adət etdin sən, tökub məzlumlar qanın,Tutar axır səni zalım yəqin məzlumlar qanı
Günəş tək batdılar çün bu Qaradağ içrə sərvərlər,Gəlib pərvazə xəffaş tək çökürdün xali meydanı
Ocağa kəc baxıb etdin xəyanət, ey sək məl'un,Ocağın kor olub olsun xəzan ömrün gülüstanı
Nə pəst dünsən, vurdun cahanı bir-birə yeksər,İnan, bir pərdə dəstgahın olur axır yəqin fani
Sənin tək bir Yüsvisü fi sudurin-nas yox hərgiz,Qoyubsan yarı yolda müxtəsər hər işdə şeytanı
Nəzirin yox fəsad, fitneyi-məkr və şərarətdə,Tutub əfal-əmalın ümumi İran-Turanı
Eşşək dəlləklər tək xayəmallıq oldu aləmdə,Verib rüşvət alırsan hər zaman bir təzə fərmanı
Həmişə kar-barın şeytənətdir xalq arasında,Gətirdin zarə, ey mərdud, hər əşraf-əyanı
Könüllər qanə döndü cövr zülmündən sənin, ey dun,Düşübsən elə bir dərdə ki yox aləmdə dərmanı
Dəlili-cövhəri-zati səxavətdir bu aləmdə,Dənilikdə nəzirin yox, tamahda Əş'əs sani
Düyüdən qeyri zərfkədə məsalih yox ziyafətdə,Uçub qumru qanadilə pilovun göyü biryanı
Evində nemət-i-əlvanə meylin yox dənaətdən,Sevər kəşk ilə səfrayi-mizacın misli-buranı
Yüzünə ilişib gərd kədürət, bəs ki, ey ədbar,Edərlər xalq nifrət mürdəşir tək səndən, ey pani
Həmişə könlüm istər kim vücudun çərx edə mə'dum,Sənin yadınla məmlu etmişəm mən taqi-nisyanı
Nədəndir kim həmişə bilmənəm bu çərxi-dunpərvər,Salıb meydanə hərdəm bir sənin tək dəb nadanı
Öz əmali-bədin katibləri tək namələr üzrəOlunmaz aşikarə xeyr sözü kilkindən, ey zani
İki pul versələr rüşvət dakarsan tak ərini, billah,Olursan iki qat görsən əgər ümmali-divani
Qaradır qəlbi-napakın kömürdən neftdən bədtər,Əgərçə zahirindir sübhi-kazib kimi nurani
Siçanı ovlamaqda gürbə tək aslana bənzərsən,Vəli aslan məsafində siçansan, etmə cövlanı
Əgər zahirdə bir əfi ilan tək nərm və rəngin sən,Vəli batində sən purzəhr, çün sənin süleymani
Atan kimdir, ananın kimdir, özün kimsən, qürur etmə,Yerində otur, ey əhməq, utan, bir həddini tanı
Bular bir qətrədir əmvaci-bəhri-bədfə'alından,Yəqin kim əksik etməz olmasa bir qətrə dəryanı
Nə dinin var, nə imanın, yəqin kafirsən, ey bədbəxt,Tutub küfrün sədası sərbəsər Qəzvin və Təhranı
Şəhi-şəhzadəni, Mirzə Bəzürgü salmısan əldən,Gəhi Kasinə, Əşkəbiz, gəhi Yaylaq-Ucanı
Qavaradır sənə daim cəhənnəm atəşi olsun,Ənis-mu'nis əqrəblər ola Qütün səqrani
Olur övqat zaye, Mühtərəm, piçidə çox olma,Həmin bəsdir, əbəs kənd etmə bu kilki-süxənrani
Kitabxana.az · https://kitabxana.az/ru/works/muhterem-el-sairi-hecv-qayitdin-kebeden-haci-unutdun-din-ve-imani
Стихи других поэтов
Genə bicarə konul duşdu bir əyyar əlinə,Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Yarə köp can verdim, əmma bivəfadur bilmədimYarə köp can verdim, əmma bivəfadur bilmədim,Aşinalıq rəsmidən naaşinadur bilmədim.
Şahpalut"Şahpalut" necə xoşca yaraşır aş üstə,Odə çox xoş yazasan göndərrəm baş üstə
Vandam ağlasınXeyr ilən şər düşdü bir əyyamə, əyyam ağlasın,Qətlə yetmiş nəsli-peyğəmbərçün İslam ağlasın.