Yüz gər mənə canan ola, könlüm səni istər,Yüz afəti-dövran ola, könlüm səni istər

Yüz gərdəni şümşad ola, yüz qaməti ərər,Yüz sərvi-xuramən ola, könlüm səni istər

Yüz xalları fülfül, yüzü gül, kakili sünbül,Yüz zülfü pərişan ola, könlüm səni istər

Yüz küyü behişt, üzü pəri, xuyi-mələk,Yüz huri-qılman ola, könlüm səni istər

Yüz misl Züleyxa, çəmənara gülü-həmra,Yüz Yusufi-Kənan ola, könlüm səni istər

Yüz bağı-İrəmü xuldi-bərin, Tubayi-rəna,Yüz rövzeyi-Rizvan ola, könlüm səni istər

Yüz ləli şəkər xub pisər, şux dilavər,Yüz tutiyi-xəndan ola, könlüm səni istər

Yüz Çərkəs, Qaytaq, Fərəng, Çin və Maçin,Yüz gəbr müsəlman ola, könlüm səni istər

Yüz gülşən-gül, badeyi-mül, saqiyi-qəlfəl,Yüz gözləri məstan ola, könlüm səni istər

Yüz bülbüli-giryan və pərişan pur əfğan,Yüz qönçeyi-xəndan ola, könlüm səni istər

Yüz Xosrovi-xaqan və İskəndər, Cəm, Cəmşid,Yüz Məlik Süleyman ola, könlüm səni istər

Yüz qabili-fəhmidə və yüz şairi-dana,Yüz mərdi-süxəndan ola, könlüm səni istər

Yüz yar Ərəş, dilbər Gəncə, büt Şiraz,Yüz türk-Səfahan ola, könlüm səni istər

Məqbul müzəlləf deməzəm yox bu cahanda,Yüz növ ki insan ola, könlüm səni istər

Yüz Saleh divanə kimi aşiq yekrəng,Cümlə sənə qurban ola, könlüm səni istər

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви