Yardan ver bir xəbər,Dildardan ver bir xəbər.

Ey könül, dəryayi-eşq ol, tutma dünyadan xəbər,Arif oldur bilməyə məcmu əşyadan xəbər,Tutmaya xurşiddən nəcm və Süreyyadan xəbər,Cifeyi-dünya gərəkməz, anla üqbadan xəbər,Zövq ilə təcrid edən bilməzmi İsadan xəbərYardan ver bir xəbər,Dildardan ver bir xəbər.

Yandırır ahım mənim, etmən quruyla yaşa fərq,Ola bilməz heç bir ahım kimi göylərdə bərq,Zahid şəyyad dəndir aşiqə bu rəngi-zərq,Düşsə gər girdabi-əşkimdə olur yüz Nuh qərq,Sahibi-kəşti bilər peyvəstə dəryadan xəbərYardan ver bir xəbər,Dildardan ver bir xəbər.

Karvani-ömr içün könlümdədir fəryad zəng,Başımı etmiş iki yüzdən qəmim çün xeyli dəng,Qəm görüb qədi-tənim sızlar misali tari-çəng,Eylərəm divanə nisbət eşq meydanında cəng,Heç vəch ilə gerü gəlməz bu qovğadan xəbərYardan ver bir xəbər,Dildardan ver bir xəbər.

Pərtəvi-nuri-təcəlladan görən şeyda olur,Yandırar pərvanə cismin gərdi-xakipa olur,Aşiq divanələr tək aləmə rüsva olur,Kimə kim məhrəm fəsübhanəllazi isra olur,Tə əbəd bir kimsəyə verməz təmaşadan xəbərYardan ver bir xəbər,Dildardan ver bir xəbər.

Şövqi-ruxsarında zülfün aşiqə zülmət deyil,Ləblərin yanında dürrü-ləli-pürqiymət deyil,Zövqi-vəslin bilməyən kəs vasili-cənnət deyil,Rövzeyi-firdovs küyün Kəbəyə nisbət deyil,Almışam yüz kərə İbrahim binadan xəbərYardan ver bir xəbər,Dildardan ver bir xəbər.

Ruz-şəb könlüm eyvanında fikri-dilcular mənim,Əqlimi məhv etmədi zülfi-səmənbular mənim,Zərrəcə getməz xəyalımdan çü mehrular mənim,Dəşti-qəm Məcnunuyam, yoldaşım ahular mənim,Qalmışam tənha, gətirməz kimsə Leyladan xəbərYardan ver bir xəbər,Dildardan ver bir xəbər.

Taki ol gündən həvayi-eşqə peyvəst olmuşam,Qorxmazam mən Rüstəm, qəmdə zəbərdəst olmuşam,Bir pəri gisuyi-müşkinə pabəst olmuşam,Badə, cami-xəyali-yardan məst olmuşam,Haqq bilir ki bilmərəm imruz-fərdadan xəbərYardan ver bir xəbər,Dildardan ver bir xəbər.

Dönmənəm eşqin yolundan taki ömrüm vardır,Kafirəm inkar qılsam, etdiyim iqrardır,Çünki eşqin badəsi aşiqə qəmxardır,Sevdiyim tərsa qızı, bağladığım zünnardır,Büt-pərəstəm, söylərəm ancaq kilisadan xəbərYardan ver bir xəbər,Dildardan ver bir xəbər.

Aləmi kamil qılar adabi-bəhsilə cidal,Ola müstəsna, əcəb olmaz bu zikri-bibədəl,Mən fəqir dərsi-məktəbxanəm çün fil-məsəl,Saleha, dünyada qılgil qövlü-Qurana əməl,Aqibət səndən sorarlar ol mücladan xəbərYardan ver bir xəbər,Dildardan ver bir xəbər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви