Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar,Tərlədib ruxsan al eylərdi, al eylərdi yar.

Ah ol dəmlər, nə dəmlər kim qəzəlgu hər yana,Kakiləfşan, mufışan rəmli-qəzal eylərdi yar.

Heyrətim zur eylədikcə vehşigahi-eşqdə,Ünsiyyət eylərdi könlüm, guşmal eylərdi yar.

Vəh, nə aləmdir məhəbbət aləmi kim bir məqal,Nim təbəssüm, nim nigəh, halım sual eylərdi yar.

Badeyi-dildarlıqla aşiqi məst eyləyib,Başqa halət göstərərdi, başqa hal eylərdi yar.

Ey xoş ol saət, nə saət, ey xoş ol halət nə hal,Dilbəranə göftgu, Şirin məqal eylərdi yar.

Макта — последний бейт с тахаллусом поэта. Noldu, ey Miri Nigari, ol zaman kim biqərəz,Eylədikcə min niyazü erzi-hal eylərdi yar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви