Qəzəl: Ey biqərar sinədə neştərmisən, nəsən
Ey biqərar sinədə neştərmisən, nəsən,Peykanmısan, könlümüsən, əxgərmisən, nəsən
Bir dəm səni ol atəşi-ruxsar yaxmadı,Sən, ey hicab, sədd-i-İskəndərmisən, nəsən
Rəhm eyləməz fəğanına ol dilbər, ey könül,Sən gəbrmi, firəngmi, kafirmisən, nəsən
Heç kimsə səndə eyləməz iqbal kimsəyə,Ey kuyi-yar, ərsədə məhşərmisən, nəsən
Kəsdin çırağımın işığın şami-hicrdə,Dudi-nalə, gərdeyi-sərsərmisən, nəsən
Məhv etdi cavidan məni şirin təkəllümin,Ey ləli-yar, çeşməi-Kövsərmisən, nəsən
Hərdəm bir üz ki surətlə bağladın gözüm,Ey abi-rəngi-hüsn, füsungərmisən, nəsən
Bir nalə naləm ilə həmahəng etmədin,Ey əndəlib, lalmısan, karmısan, nəsən
Ey qanlı dağ, açılmadın, əfsürdələndin,Təsvir bərgi-lalei-əhmərmisən, nəsən
Hərçənd yandın odlara, Qövsi, usanmadın,Axır sən, ey od evlu, Səməndərmisən, nəsən
Kitabxana.az · https://kitabxana.az/ru/works/qovsi-qezel-ey-biqerar-sinede-nestermisen-nesen
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Gərçi artıq yaraşır ol cameyi-gülgün sənəHər nə geysən qaməti-mövzun edər mövzun sənə
Qəzəl: Nə vüsalın məni dildən sala hicran, nə rəvaNə vüsalın məni dildən sala hicran, nə rəvaTa meyi-nab ola, ey bağrı bütün qan, nə rəva
Qəzəl: Ləbinlə dilləşə bilməz nə gül nə qönçeyi-həmraLəbinlə dilləşə bilməz nə gül nə qönçeyi-həmraQədinlə boylaşa bilməz nə sərvi-naz nə rəna
Qəzəl: Təəmmül eyləmə, saqi, yetər xumar mənəTəəmmül eyləmə, saqi, yetər xumar mənəBoynun bəlasın alım, bəsdir intizar mənə